The Hill: Biz mediaya güvənməliyik? Azərbaycan və İsraildən soruşun

"Seçkilər" Media Mərkəzi - Amerikada çıxan "The Hill" qəzetində müəllifi Jason Katz olan "Biz mediaya güvənməliyik? Azərbaycan və İsraildən soruşun" (http://thehill.com/blogs/congress-blog/257775-should-we-still-trust-the-media-ask-israel-and-azerbaijan) adlı məqalə dərc olunub.

Müəllif yazır: "Əvvəllər nüfuzu olmuş bəzi medialar artıq dəyişib. Məsələn, "The Washington Post"un Azərbaycana qarşı, "The New York Times"ın isə İsrailə qarşı nifrətlə dolu neqativ məqalələri görmək olur. Keçmiş Sovet Respublikası Azərbaycan sabit və etibarlı müttəfiqdir. Ölkənin enerji resursları Avropaya müxtəliflik və təhlükəsizlik verə bilər. Azərbaycan həmçinin, tolerant, açıq və inkişaf edən ölkədir, ABŞ, İsrail və Avropanın müttəfiqidir. Amma "The Washington Post" belə yazmır. Post Xədicə İsmayılovanın müdafiəçisidir və tez-tez onun haqqında yazır. Xədicə İsmayılova hüquq müdafiəçisi və jurnalist kimi təqdim olunur, onun öz fəaliyyətinə görə həbs olunduğu yazılır. Azərbaycan məhkəmələrinin obyektivliyi ilə bağlı bir şey deyə bilmərəm, lakin onu deyə bilərəm ki, məktəbdə bizə jurnalistlərin xəbər hazırladığı, hüquq müdafiəçilərin isə hüquqları qoruduqları deyilirdi. Bu zaman qeyd etmək lazımdır ki, Xədicə Azadlıq Radiosunda təlim keçib və işləyib. Azadlıq Radiosu ABŞ-ın Sovet Blokuna, indi isə, Rusiya, Avrasiya və s. ölkələrə siyasətini təşviq etmək üçün bir təbliğat maşını olub. Radio dəfələrlə mediada vergi ödəyicilərinin pullarının havaya atılması kimi göstərilib. Artıq Radio vergi ödəyicisi tərəfindən maliyyələşdirilən daxili piar və lobbiçilik qrupuna çevrilir. Amerika mediası dəqiq, qərəzsiz və etibarlıdırmı?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00