Ceyms Uorlik: “Ermənistan və Azərbaycan silahların istifadəsindən imtina etməlidirlər”
26 Oktyabr 2015 17:41 Siyasət"Təcavüzkar və ya cavab atəşi yerinə yetirən tərəf olmasından asılı olmayaraq, Ermənistan və Azərbaycan bu silahların istifadəsindən imtina etməlidir". APA-nın xəbərinə görə, bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün "Twitter" səhifəsində paylaşdığı fotoya münasibətdə bildirib.
Qeyd edək ki, bu gün ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfəri başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00