İCAPP Azərbaycana müşahidə missiyası göndərəcək

"Seçkilər" Media Mərkəzi - Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının  (İCAPP) müşahidə missiyası  Azərbaycanda  noyabrın 1-də  keçiriləcək  parlament seçkilərini müşahidə edəcək. Seçki-2015.az saytının məlumatına görə, bu məqsədlə təşkilatın 9 nəfərdən ibarət müşahidə missiyası Azərbaycana səfər edəcək. Missiyanın tərkibinə  Koreya, Kamboca, İndoneziya və basqa ölkələrdən nümayəndələr daxildir. İCAPP-ın müşahidə missiyası seçkilərin nəticələrinə dair bəyanatla çıxış edəcək.

Qeyd edək ki, İCAPP-da 70-dən çox ölkənin 300-dən artıq siyasi partiyası təmsil olunur. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00