Qazaxıstanlı ekspert Seçki-2015. az saytına danışdı

"Seçkilər" Media Mərkəzi - Qazaxıstanın tanınmış siyasi şərhçilərindən olan, postsovet məkanında münaqişələri öyrənən Daniyar Kasımov  Seçki-2015. az saytına eksklüziv müsahibə verib. O müsahibəsində Qərbin Azərbaycana qarşı seçkiqabağı təzyiqini şərh edərək vurğulayıb ki,  ölkənizə qarşı həyata keçirilən bu plan əvvəldən hazırlanıb: "Azərbaycanın balanslaşdırılmış  xarici siyasəti  Qərbdə bəzi qüvvələrin qısqanclığına səbəb olur. Məqsəd, Azərbaycanda seçkiqabağı münaqişə yaratmaqdır. Amma bu, mümkün deyil". Daniyar Kasımov əlavə edib ki, Qazaxıstanın 15 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycandakı seçkiləri izləyəcək.  Müsahibənin tam mətni ilə oktyabrın 27-də Seçki-2015.az saytında tanış ola bilərsiniz.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00