YAP Qadın namizədlərə dəstək kampaniyası həyata keçirir
26 Oktyabr 2015 13:35 SiyasətYeni Azərbaycan Partiyası Qadınlar Şurasının təşkilatçılığı ilə YAP-dan irəli sürülən qadın namizədlərə dəstək kampaniyası davam edir. "OLAYLAR"-ın xəbərinə görə, hakim partiyanın Nəsimi rayon təşkilatında keçirilən görüşdə tədbirlə bağlı açıqlama verən YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, professor Nurlana Əliyeva bildirib ki, ölkənin həyatında önəmli hadisə olan parlament seçkilərinə ciddi hazırlıq görülür, təbliğat-təşviqat kampaniyası davam edir. Bildirdi ki, dünyanın ən inkişaf etmiş ölkələri ilə eyni sırada addımlayan Azərbaycan bütün dünyanın mütərəqqi insanlarının qüdrətli ölkə kimi tanıdığı bir ölkədir. Azərbaycanın iqtisadi , siyasi, sosial, diplomatik inkişafı ölkə əhalisinin gündəlik həyat tərzində də ifadəsini tapır. Bütün bunlar Prezident, YAP-ın sədri Prezident İlham Əliyevin davam etdirdiyi ulu öndər Heydər Əliyev ideyalarının təntənəsi, tərəqqisi və beynəlxalq səviyyədə etiraf olunan qüdrətidir.