“Secki-2015.az"ın fəaliyyəti Rusiya mətbuatında
26 Oktyabr 2015 13:08 SiyasətNoyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı yaradılan Secki-2015.az saytının fəaliyyəti Rusiya mətbuatının da diqqətini cəlb edib. "Vestikavkaza.ru" saytı yazır ki, Azərbaycanda seçkilərlə bağlı yeni informasiya mərkəzi və portalı fəaliyyətə başlayıb. "Məqsəd 2015-ci il Milli Məclisə seçkilər, seçki prosesinin ayrı-ayrı mərhələləri, seçki institutlarının, müşahidə missiyalarının, "exit-poll" keçirən təşkilatların fəaliyyəti, namizədlər və s. haqqında Azərbaycan ictimaiyyətini, yerli və xarici jurnalistləri obyektiv və dolğun məlumatlandırmaqdır".
Qeyd olunur ki, yeni sayt Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00