Millətə və dövlətə xəyanətdə bulunanlar
İlham Əliyev: “Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər”
26 Oktyabr 2015 12:54 SiyasətHazırda dünyada baş verən qlobal maliyyə böhranı şəraitində ölkələr iqtisadi tənəzzüldən yan keçmək məqsədilə müxtəlif tədbirlərə əl atırlar. Lakin görüntü ondan ibarətdir ki, bir sıra ölkələrdə həyata keçirilən tədbirlər iqtisadiyyatın dayanıqlığını təmn etmək iqtidarında deyil. Əksinə, bəzi ölkələrdə pul kredit siyasəti iflasa uğrayıb, milli valyutaların devalvasiyası prosesi baş verib. Azərbaycanın dünyanın 140-dan artıq ölkəsi ilə ticarət dövriyyəsində olduğunu nəzərə alsaq baş verən iqtisadi kataklizmlərin ölkəmizə təsirsiz ötüşəcəyini düşünmək sadəlövlük olardı. Rəsmi strukturların məlumatəna görə, artıq ölkəyə idxal olunan məhsulların sayında azalma müşahidə olunmaqdadır. Məhz bu amillər nəzərə alınaraq Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar sahibkarlığın inkişafı üçün yeni mərhələ kimi qiymətləndirlir. Məlumat üçün qeyd edək ki, dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dünya iqtisadiyyatında baş verən prosesləri təhlil edərək buna adekvat olaraq Azərbaycanda atılacaq addımların konturlarını çızdı. Ardınca imzaladığı sərəncan və fərmanlarla ortaya qoyulmuş yeni iqtisadi konsepsiyanın icrasını təmin etmək məqsədilə tələb olunan islahatları reallaşdırdı. Dövlət başçısının tapşırıqları və imzaladığı sənədlərin qayəsində o ideya əsas götürülür ki, ölkədə kiçik və orta sahibkarlığın inkişafı təmin olunmalıdır. Bunun üçün sahibkarlığa yaşıl işıq yandırılmalı, onların inkişafını ləngidən maneələr aradan qaldırılmalıdır. Məhz bu məqsədlə prezident İlham Əliyev sahibkarlıq subyektlərində aparılan yoxlamaların 2 il müddətində dayandərılması məqsədilə qanunvericilik təşəbbüsü ilə çıxış etdi, gömrük yoxlamalarının sadələşdirilməsini təmin edəcək fərman imzaladı. Hazırda fakt ondan ibarətdir ki, dövlət başçısı ölkədə sahibkarlığın inlişafı məqsədilə ortaya qoyduğu siyasi iradəni inkişaf etdirmək niyyətindədir. Ona görə də bütün keçirdiyi görüşlərdə bu məsələni dönə-dönə xatırlamağı özünə borc bilir. Təsadüfi deyil ki, prezident İlham Əliyev oktyabrın 25-də Sumqayıtda "Azərikimya" İstehsalat Birliyinin etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimindəki çıxışında da bu məsələyə xüsusi diqqət ayırıb. Dövlət başçısı qətiyyətlə bildirib ki, sahibkarlğln inkişafına maneə olan bütün xoşagəlməz hallara qarşı daha da ciddi mübarizə aparılmalıdır: "Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir. Ona görə sahibkarlara maksimum sərbəstlik verilməlidir və verilir". Dövlət başçısı bildirib ki, son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar bu məqsədi güdür ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün, sahibkarlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, iş yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılaşsın:"Bu gün biznes mühitinin yaxşılaşması üçün bütün şərait yaradılır. Siyasi iradə var, qanunvericilikdə düzəlişlər edilibdir, yeni qaydalar tətbiq olunur və əlbəttə ki, ictimai nəzarət daha da güclü olmalıdır. Çünki bəzi hallarda sahibkarlara qarşı ədalətsizliklər göstərilir, onların işinə müdaxilələr olur, onlara qarşı əsassız tələblər irəli sürülür, qanunsuz ödəmələr tələb olunur. Bütün bunlara son qoyulur və son qoyulacaq". Etiraf edilməlidir ki, dövlət başçısının məlum müşavirədə verdiyi tövsiyyə və tapşırıqlarin icrası məqsədilə bir sıra addımlar atılıb. Artıq İqtisadiyyat və Səneyi Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent Agentliyi kmi bir sıra dövlət qurumları yoxlamaları dayandırdıqlarını bəyan ediblər. Sahibkarlara lisenziyaların verilməsi isə vahid mərkəzdə cəmlşdirilərək "ASAN" xidmətə verilib. Ekspertlər hesab edirlər ki, təkcə bu addımlar milli iqtisadiyyatın daha da inkişafı və xarici ölkələrdən asılılıq amillərinin aradan qaldırılması sahəsində öz töhvəsini verəcək. Xarici ölkələrdən mal idxalında yaranan boşluq yerli məhsullar hesabına doldurulacaq. Məsələnin digər tərəfi ondan ibarətdir ki, həm məhsul bolluğu, həm də bir sıra gömrük ödəmələrindən azad olan yerli məhsullar təbii ki, qiymətlərin enməsinə təsir edəcək. Dövlət başçısı həmçinin bəyan edib ki, sahibkarlğın inkişafına maneə olanlar heç bir halda cəzasız qalmayacaqlar: "Bütün hallarda həm inzibati tədbirlər, həm cəza tədbirləri davam etdiriləcək. Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər. Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır. Dövlət siyasəti, Prezidentin siyasi iradəsi var. Belə olan halda dövlət qurumları burada maneçilik törətməməlidirlər, əskinə, kömək etməlidirlər, şərait, imkan yaratmalıdırlar ki, biznes inkişaf etsin". Doğrudan da hazırki şəraitdə sözün əsil mənasında biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət etmiş olurlar. Dünyada hökm sürən iqtisadi böhran, miqrasiya proseslərinin sürətlənməsi fonunda ölkədə biznesin inkişafına əngəl törətmək, sahibkarlğın dirçəlməsinə baryer yaratmaq, əsassız müdaxilələrlə iş adamlarına təzyiq göstərmək iqtisadi sabotajdan başqa bir şey deyil. Nəzərə almaq lazımdır ki, iqtisadi müstəqillik həm də dövlət müstəqilliyini təminatıdır. Belə halda sahibkarlığın inkişafının qarşısının alınmasının xəyanətdən başqa adı yoxdur. Lakin, əminliklə demək olar ki, millətin və dövlətin inkişafı naminə bu problem də aradan qaldırılacaq, ölkədə biznesin inkişafına maneə olan kəsimlər layiqli cəzalarını alacaqlar. Çünki, ortada dövlət başçısının siyasi iradəsi mövcuddur: " Mən dəfələrlə xəbərdarlıq etmişəm və bir daha deyirəm, kim ki, söz başa düşmür, öz cəzasını alacaq. Bu gün həm ictimaiyyət, həm sahibkarlar görürlər ki, biz artıq konkret addımlar atmağa başlamışıq. Ona görə bu gün dünyada yaşanan böhran zamanı belə nəhəng qurğuların istifadəyə verilməsi, investisiyaların cəlb edilməsi və iqtisadi sahədə inkişafa nail olmağımız Azərbaycanın gücünü göstərir. Heç bir qüvvə bizim yolumuzda dayana bilməz. Çünki bizim yolumuz inkişaf, tərəqqi, sosial rifah, sosial ədalət yoludur". İlham Əliyevin sözlərinə görə, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bundan sonra da aparılacaq: "İş adamlarının fəaliyyətinə müdaxilə edən dövlət qurumları bundan sonra da cəzalandırılacaq, artıq ictimaiyyət bunu görür və görəcək. Bizim çox güclü siyasi iradəmiz var. Bu iradənin təməlində Azərbaycan xalqının dəstəyi dayanır. Xalq da bizim bütün təşəbbüslərimizi alqışlayır, bəyənir, dəstəkləyir. Əgər bu dəstək olmasa biz heç bir iş görə bilmərik. Mən bir daha bütün iş adamlarını Azərbaycana sərmayə qoymağa dəvət edirəm. Əgər onların işinə müdaxilələr varsa, onlara bir daha müraciət edib deyirəm ki, dərhal məlumat verin, dərhal səsinizi qaldırın. Cəmiyyətdə ictimai nəzarət daha da güclü olmalıdır və hər bir siqnala reaksiya verilir, araşdırılır və əgər təsdiqini tapırsa, onda ölçülər götürülür".
Alim