Pakistan deputatları da Azərbaycanda seçkiləri müşahidə edəcəklər
23 Oktyabr 2015 16:35 SiyasətPakistan Senatının (parlamentin yuxarı palatası) deputatları Azərbaycanda parlament seçkilərinin gedişini müşahidə edəcək. Bunu Trend-ə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov deyib. Onun sözlərinə görə, bu məqsədlə oktyabrın 30-da Bakıya Pakistan Senatının 6 nəfərdən ibarət nümayəndə heyəti gələcək. Bununla əlaqədar Azərbaycan diplomatı Pakistan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nushat Sadıq ilə görüş keçirib. Görüş zamanı ikitərəfli parlamentlərarası əlaqələr müzakirə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00