Pakistanlı parlamentarilər Azәrbaycanda parlament seçkilәrini izlәyәcәklər

Pakistan Senatının nümayәndә heyәti Azәrbaycanda keçirilәcәk parlament seçkilәrini izlәyәcәk. Bunu APA-ya Azәrbaycanın Pakistandakı sәfiri Daşqın Şikarov deyib. O, bu mәsәlәni müzakirә etmәk üçün Senatın Xarici әlaqәlәr komitәsinin sәdri Nuzhad Sadiqlә görüşüb. Bildirilib ki, nümayәndә heyәtinә 6 nәfәr daxil olacaq. Onlar oktyabrın 30-da Bakıya gәlәcәklәr. Görüşdә hәmçinin parlamentlәrarası әlaqәlәr müzakirә edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00