“İtaliya – Azərbaycan” Dostluq Cəmiyyətinin sədrinə İtaliyada vəzifə verildi

"İtaliya - Azərbaycan" Dostluq Cəmiyyətinin sədri, Avropanın tanınmış jurnalistlərindən Dündar Keşaplı Türkiyənin "Dəniz" İnformasiya Agentliyinin İtaliya nümayəndəliyinin rəhbəri postuna təyin olunub. İtaliyanın aktiv jurnalistlərin biri olan Dündar Keşaplı həmçinin İtaliyanın "Rai TV", "Sky TG24" və "TGCOM24" telekanallarının əməkdaşıdır. O, eyni zamanda "Roma İdman Yazarları və jurnalistlər Dərnəyi" İdarə Heyətinin üzvüdür. Qeyd edək ki, Dündar Keşaplı Azərbaycanı Avro Liqada təmsil edən "Qarabağ" Futbol Klubu haqqında bir neçə reportaj hazırlayıb. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00