“Prezidentin islahatları daha irəliyə hesablanıb”

Əlisahib Hüseynov: “Bütün bunlar ölkə əhalisinin gələcək firavanlığının əsasını təşkil edir”

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi islahatlara münasibət bildirib. Bu barədə "Olaylar"a danışan Ə. Hüseynov qeyd edib ki, istər indi, istərsə də bundan öncəki islahatlar Azərbaycan Respublikasının inkişafına, təhlükəsizliyinə xidmət edib: "Buraya sosialyönümlü islahatları da əlavə edərdim. Bir sıra addımlar və qanunlar əhalinin sosial şəraitini yaxşılaşdırmağa xidmət edir. Eyni zamanda bu islahatlar daha irəliyə hesablanıb və ölkə əhalisinin gələcək firavanlığının əsasını təşkil edir. Aidiyyatı qurumların vəzifəsi isə bu islahatları, qanunları olduğu kimi həyata keçirməkdir. Demokratik Azərbaycan Dünyası Partiyası olaraq biz də bu islahatları dəstəkləyirik". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00