“Cənab prezident həddini aşanlara öz yerini göstərir” – Mətanət Əsgərqızı

"Azərbaycanda sabitliyin bir qarantı var, o da Cənab prezident İlham Əliyevdir". "Olaylar"a açıqlamasında "Əsgər Ailələrinə Dəstək" İctimai Birliyinin sədri Mətanət Əsgərqızı belə bir fikirlə çıxış edib. Dövlət başçısının həddini aşanlara öz yerini göstərdiyini deyən M. Əsgərqızının sözlərinə görə, lazım gəldiyi halda onlarla bağlı hüquqi araşdırmalara başlanması barədə göstəriş verir: "Prezidentin bu addımlarından nəticə çıxarmaq zamanıdır. Cənab Prezident İlham Əliyev deyirdi ki, "Vəzifəsindən və daşıdığı statusundan asılı olmayaraq, kimsə cinayətkar əməllər törədib, hüquqi məsuliyyətdən yayına biləcəyini düşünürsə, səhvə yol verir. İstər məmur olsun, istər sahibkar, istərsə də sadə vətəndaş. Hər kəs sadə bir həqiqəti bilməli və qəbul etməlidir - qanunlara hörmətlə yanaşmaq. Bir az məsuliyyətli olaq və başa düşək ki, bu dövlətin əmlakı və vətəndaşları toxunulmazdır. Onlara qarşı etdiyimiz hər bir xəyanətin, oğurluğun, soyğunçuluğun cavabını verməliyik. Yox əgər, bunu etməyəcəyiksə, özümüzü "dəmir barmaqlılar"a hazırlamalıyıq". Diqqətçəkən məqamlardan biri də, dövlətimizin müstəqillik illərində belə bir inkişafın əldə edilməsində çətinliklərdən, müharibələrdən keçərək öz yolunu seçməsidir. Prezident xalqın yekdil fikri ilə dövlət başçısı seçildiyi gündən taleyüklü problemlərin həllinə diqqət yetirən cənab İlham Əliyev Azərbaycanın daha böyük uğurlara nail olacağını əminliklə ifadə edir. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00