Sabah seçkilərə əlaqədar bildirişlərin seçicilərə paylanması prosesi başa çatacaq

Sabah Azərbaycan Milli Məclisinə noyabrın 1-ə təyin edilmiş seçkilərlə əlaqədar səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (seçki məntəqəsinin ünvanı) barədə bildirişlərin seçicilərə paylanması prosesi başa çatacaq.APA-nın məlumatına görə, "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) Qaydaları"na əsasən məntəqə seçki komissiyaları səsvermə gününə 7 gün qalanadək bildirişlərin seçicilərə paylanması prosesini başa çatdırmalıdır.Milli Məclisə seçkilərlə əlaqədar bu proses oktyabrın 25-dək olan dövrü əhatə edir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00