RF MSK sədri Azərbaycanda seçkiləri müşahidə etməyi planlaşdırır
22 Oktyabr 2015 17:14 SiyasətRusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Vladimir Çurov seçkiləri müşahidə etmək üçün Azərbaycana səfər etməyi planlaşdırır. Bunu Trend-ə diplomatik mənbə deyib. Azərbaycan MSK-dan Trend-ə məlumatı təsdiq edərək bildiriblər ki, V.Çurov parlament seçkilərini müşahidə etmək məqsədilə akkreditasiyadan keçib.
Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31