AXCP üzvü Kəmalə Bənənyarlı haqqında şok faktlar açıqlandı
Cavid Musazadə: “....tərbiyəsiz küçə qadını onu bu günə qoyan böyüklərinin tapşırığı ilə mənə böhtan atır”
22 Oktyabr 2015 12:58 Siyasət"Son dərəcə əxlaqsızlığı ilə tanıdığınız Kəmalə Bənənyarlı adlı tərbiyəsiz küçə qadını onu bu günə qoyan böyüklərinin tapşırığı ilə mənə böhtan atır". Bu barədə AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin üzvü Cavid Musazadə məlumat verib. C. Musazadənin sözlərinə görə, K. Bənənyarlı müxalifətdə bir çox adamdan müxtəlif yalanlarla, rola girməklə, yalandan uşağının xəstə olması bəhanəsiylə guya ki, mübarizə yolunda hər şeyini itirmiş obrazı yaradıb insanların inamından istifadə edib aldadıb, dolandırmaq yoluyla on minlərlə pul alıb böyüklərinə çatdırıb: "Bu alçaq qadının taktikaları ilə, məqsədləri ilə sizi tanış edəcəm. Özünü son dərəcə həyasızlığa qoyub dövlət rəhbərlərini, onların ailələrini təhqir edib polislərlə hoqqa çıxarıb süni şəkildə mübariz adam imici formalaşdırıb özünü bu yolla sosial şəbəkələrdə məhşur edib başlayır ov axtarışına.
Qeyd edim ki, bütün bu əməllərində onu polis sistemində yüksək post tutan hərəkətlərini idarə edən vəzifəlilər də olub. Görün nə dərəcədə məkrli planlarla ov tapır və soyur. Zülfüqar siyasi məhbus olduğu zaman yalan kampaniya başlayıb guya qızının göz əməliyyatı üçün pul yığmaq təbliğatı etdi. Məndə cəbhəçi kimi təbiiki, o zamana qədər bunun siyahıda yazdığı adamların, hansıki, guya mən buna demişəm onların üzünə dur dələduzluqlarını gözardı edirdim. Düşünürdüm ki, həqiqi saf mübarizə aparırlar. Belə ki, buna yazdım yardım etmək üçün danışıb aparıb 100 manat verdim. Və bu adamın torunada elə orda düşdüm. O başladı mənlə guya dost əqidə yoldaşı münasibəti qurmağa. Sonra guya kosmetika alveri ilə məşğuldur, pul versəm qaz vurub qazan dolduracaq, mənədə qazandıracaq adı ilə məndən 1000 manatadək pul aldı. Sonra borc dalınca neçə dəfələrlə qapısına getdim. Lakin bu adam peşəkar dələduzluqla məşğul olduğundan uşaqlarını da bu sahə üzrə yetişdirib. Qızı özünü xəstəliyə vurur qapıya gələnə özünü elə göstərir. Beləliklə dələduzluğun ikinci mərhələsi başlayır. Qeyd edim ki, AXCP-dən Əli Kərimli tərəfindən xaric edilən Zərifə Məhəddinovaya da bu kələklə 10 000 manatdan artıq vəsait atmışdı. Təbiiki, getdikcə bunu tanıdıqca nələr etdiyinin şahidi olurdum. Yorucudur, hamınızda tanıyırsınız əməllərini bilirsiniz deyə davam edib yormuram sizi. O davam etdikcə hər birinin əməllərini hissə hissə yazacam. AXCP-ni hansı məqsədlərə qulluq etmək üçün zəbt ediblər izah edəcəm faktlarla. Nə üçün əl çəkmədiklərinidə görəcəksiniz". ("OLAYLAR" İA)