MSK seçkidə “exit-poll” keçirəcək təşkilatları qeydə alıb
769 deputatlığa namizəd mübarizə aparacaq
22 Oktyabr 2015 11:26 SiyasətMilli Məclisə noyabrın 1-ə təyin edilmiş parlament seçkilərində 769 deputatlığa namizəd mübarizə aparacaq.
ANS TV-nin məlumatına görə, MSK noyabrın 1-ə təyin edilmiş parlament seçkilərində "exit-poll" keçirəcək təşkilatları qeydə alıb.
"ELS" Müstəqil Araşdırmalar Mərkəzi, Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi və Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası "exit-poll" aparacaq.
Bu dəfəki seçkilərdə Fransanın və Amerika Birləşmiş Ştatlarının Sosioloji Tədqiqatlar İnstitutu da "exit-poll" keçirəcək təşkilatlarla əməkdaşlıq edəcək.
Artıq 10 ildən çoxdur ki, seçkilərdə "exit-poll" təcrübəsinə malik olan "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubovanın sözlərinə görə, proses seçkilərin şəffalığının qiymətləndirilməsi baxımından olduqca vacibdir:
"İlk növbədə "exit-poll" sosiloji təhqiqat olaraq təkrar səs vermək deməkdir. Digər bir tərəfdən də "exit-poll" real seçicilər haqqında məlumatları toplamağı imkan verir. Artıq biz bugünki seçicinin real portretini araşdıra bilirik və kitab buraxırıq".
"Exit-poll" təcrübəsi demokratik seçkilərin keçirilməsində əsas amillərdən biri hesab olunur.
Bu sosioloji tədqiqat ümumilikdə seçicilərin fəallığının, seçki prosesinin qiymətləndirilməsinin və nəticələrin təxmin olunması baxımından əhəmiyyətli hesab olunur.