Prezident İlham Əliyev BMT əməkdaşlarını təltif etdi
21 Oktyabr 2015 19:21 SiyasətPrezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Birləşmiş Millətlər Təşkilatının yaradılmasının 70 illik yubileyi münasibətilə, BMT-nin Azərbaycanda müxtəlif sahələrdə layihələrinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilsinlər:
Antonius Broek
Əfəndiyev Məzahir Cavid oğlu
Əliyev Mahir Kamal oğlu
İbrahimova Cəmilə Aydın qızı
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00