Əli Abbasov: “Veb-kameraları kiber-hücumlardan qorunmaq üçün lazımi sistem qurulub”
21 Oktyabr 2015 17:33 Siyasət"Səsvermə günü kiber-hücumlardan müdafiə olunmaq və veb-kameraları qorumaq üçün üçqat ehtiyatlanma sistemi qurulub". APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzində keçirilən mətbuat konfransında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. O bildirib ki, ehtiyac yaranarsa, səsvermə günü veb-kameralara müdaxilələrin qarşısının alınması üçün kənar tərəfdaşların da köməyindən istifadə oluna bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00