MTN-nin “ssenarisi əsasında hazırlanan filmin” Azərbaycan “səhnəsində” nümayişi mümkün olmadı

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışı və həmin çıxışdan sonra atılan radikal addımlar hələ də geniş müzakirə  mövzusu olaraq qalır. Məlumat üçün qeyd edək ki, dövlət başçısı iclasda çıxışı zamanı ölkədə iqtisadiyyatın qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişaf etdirilməsi, sahibkarlığa dövlət dəstəyi, investisiya mühitinin yaxşılaşdırılması  istiqamətində həyata keçirilən genişmiqyaslı və məqsədyönlü tədbirlər haqqında danışmışmışdı.

Prezident İlham Əliyev  icra hakimiyyəti və hüquq-mühafizə orqanları tərəfindən sahibkarlara problemlər yaradıldığını, onlara qarşı qanunsuz tələblər irəli sürüldüyünü, bu səbəbdən bəzən iş yerlərinin bağlandığını və ayrı-ayrı sahələrdə gözlənilən inkişafın olmadığını bəyan etmiş və problemlərin aradan qaldırılmalı olduğu haqda son xəbərdarlığını bildirmişdi. Lakin dövlət başçısının hər dəfə səsləndirdiyi iradları qulaqardına vuran bəzi vəzifə səlahiyyətliləri, məmurlar hesab edirdilər ki, əvvəlki kimi müəyyən müddətdə təmiz işləyib, rüşvət almadıqdan sonra yenidən öz qanunsuzluqlarını daam etdirəcəklər. Nəticə etibarilə bu vür neqativ hallar vətəndaşla hakimiyyət, prezidentlə xalq arasında uçurumun yaranmasına gətirib çıxaracaq. Ortaya çıxan nəticədən isə yenə də yararlanan həmin məmurlar olacaq. Ancaq həmin şəxslər bir şeyi dərk etmək istəmədilər ki, dövlət başçısı "Artıq qurtardı, hövsələm qalmayıb" deyəndə vəzifə səlahiyyətlərini aşan məmurlara son xəbərdarlığını edirdi. Prezident bununla bir növ həmin şəxslərə, dövlət başçısı ilə xalq arasında uçurum yaratmaq istəyən məmurlara sözün həqiqi mənasında uçurum vəd edirdi. Və gözlənildiyi kimi də oldu. Prezidentin Nazirlər Kabinetinin iclasındakı məlum çıxışından dərhal sonra ölkədə sahibkarlığın inkişafına mane olmağa çalışan, iş adamlarının fəaliyyətinə süni əngəllər yaradan, korrupsiya və rüşvətxorluq hallarına yol verən qurumlar və şəxslərə qarşı təxirəsalınmaz və radikal addımlar atıldı  Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində şok effekt yaradan mənzərə ortaya çıxdı. Məlum oldu ki, ölkənin təhlükəsizliyi ilə məşğul olmalı olan qurum və onun səlahiyyət sahibləri Azərbaycanın təhlükəsizliyindən daha çox korrupsiya və rüşvətxorluqla əldə etdikləri milyardların, milyonların, saysız-hesabsız mülklərin təhlükəsizliyini qoruyurmuşlar. Aparılan araşdırmalar zamanı aydın oldu ki, ölkədə təhllükəsizliyi təmin etməyə cavabdeh, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparmalı olan Milli Təhlükəsizlik Nazirliyi özü korrupsiya yuvası imiş. Sözügedən nazirliyin ayrı-ayrı yüksək rütbəli məmurlarının sahibkarlara qarşı qanunsuz hərəkəti, onları şantaj etməklə külli miqdarda vəsait əldə etmələri bir tərəfdən həmin şəxslərin çirkli yollarla varlanmasına, digər tərəfdən isə iş adamlarının dövlətə, onun prezidentinə etimadsızlığına hesablanıbmış. Bütün bu proseslərin parlament seçkiləri ərəfəsində cərəyan etməsi də təsadüfi deyil. Belə ki, MTN və onun yüksək rütbəli məmurları bununla seçkiqabağı ölkədə siyasi gərginlik yaratmağa, hətta sahibkarların dövlətə qarşı qiyamına "hazırlaşırlarmış".
Ancaq hər zaman müəyyən xarici və daixli qüvvələr tərəfindən hazirlanıb acı sonluqla bitən, bu dəfə isə MTN-nin "ssenarisi" əsasında hazırlanan filmin yenə də Azərbaycan səhnəsində nümayişi mümkün olmadı. Çünki zamanında proseslərə olan müdaxilə və atılmış düzgün, məqsədyönlü addımlar həmin qüvvələrin çirkin niyyətini iflasa uğratdı. İş adamları, sahibkarla dövlət başçısı arasında uçurum yaradılması cəhdi, onlardan alınan rüşvətin, qanunsuz rüsumların dövlətiu adına çıxılmasının qarşısı alındı. Bu proseslərin fonunda Azərbaycan Prezidentinin məhz iş adamları ilə bağlı atmış olduiğu addım dövlətin, onun siyasi rəhbərliyinin sahibkarlara nə qədər diqqətlə yanaşıldığını nümayiş etdirdi.
Belə ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərildi. Qanun layihəsinə əsasən noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.
Heç şübhəsiz ki, yersiz yoxlamaların dayandırılması sahibkarlar təbəqəsinin dövlətə inamının daha da artmasına səbəb olacaq, biznes sahəsinin genişləndilrilməsinə, sahibkarların gəlirlərinin artaraq yeni iş yerləri yaratmasına, yeni investisiyalar qoymasına və beləliklə də, vergi ödənişlərinin çoxalmasına stimul olacaq. Cənab Prezident tərəfindən imzalanmış Fərmanla lisenziyaların sayının azaldılması, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, sahibkarlıqla bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində verilməsi nəzərdə tutulur. Bütün bu addımlar onu göstərir ki, ölkənin siyasi rəhbərliyinin korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparmaq və neqativ halları aradan qaldırmaq üçün böyük siyasi iradə nümayiş etdirir. Biznes mühitini yaxşılaşdırmaq və biznesin inkişafına təkan vermək üçün bundan sonra da ciddi addımlar atılacaq.


S.İsmayılbəyli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00