Parlament seçkilərində "exit-poll" keçirəcək təşkilatlar açıqlandı

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda Milli Məclisə seçkilərdə "exit-poll" keçirmək istəyən qurumların müraciətinə baxılıb. MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, Azərbaycan seçki təcrübəsində "exit-poll" artıq reallığa çevrilib və bununla bağlı ölkədə ixtisaslaşmış qurumlar fəaliyyət göstərir: "Müstəqil Araşdırmalar Mərkəzi artıq bir dəfə "exit-poll"da iştirak edib və indiyə qədər çoxsaylı sorğu, tədqiqatlar keçirib. Onun təqdim etdiyi sənədlər əsaslı olduğundan təklif edirəm ki, bu qurum "exit-poll" aparan təşkilat kimi qeydiyyata alınsın". Təklif səsə qoyularaq qəbul edilib. Sonra N. Məmmədov deyib ki, "exit-poll" keçirmək üçün müraciət edən təşkilatlardan digərləri Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasıdır. Hər iki qurumun "exit-poll" keçirməsi qəbul olunub.
İclasda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00