Məzahir Pənahov: Təhlükəsizlik tam təmin ediləcək

Azərbaycanda noyabrın 1-ə təyin edilmiş seçkilərdə təhlükəsizlik tam təmin ediləcək. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komisisyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib. M.Pənahovun sözlərinə görə, hüquq-mühafizə oraqnları seçki prosesinin basırıq olmadan həyata keçirilməsinə nəzarət edəcək: "Bizim də tələbimiz ondan ibarətdir ki, hər kəs qaunvericiliyin tələblərini yerinə yetirsin". O, əlavə edib ki, seçki bülletenlərinin çapı sabah başa çatır: "Seçki bülletenləri oktyabrın 22-dən başlayaraq seçki dairələrinə paylanılacaq". MSK sədri bildirib ki, yerlərdə bülletenlərin saxlanılması üçün problem yoxdur: "Bülletenlər səsvermə gününə qədər seçki məntəqələrinə paylanılmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00