Elmar Məmmədyarov: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı tələsmək lazım deyil”
20 Oktyabr 2015 15:30 Siyasət"ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə regiona səfər edəcəklər". APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Kosta-Rika xarici işlər naziri Manuel Qonzales Sanzla görüşdən sonra keçiriləb mətbuat konfransında deyib. O bildirib ki, həmsədrlər oktyabrın 26-da İrəvanda olacaqlar. "Ayın 28-də isə Azərbaycanda olacaqlar. Prezidentlərin görüşünün yeri və tarixi ilə bağlı tələsmək lazım deyil. Həmsədrlər gəlsinlər. İki yol var: ya prezidentlər görüş yerini seçəcəklər, ya da həmsədrlər təkliflə gələcəklər. Bütün hallarda həmsədrlərin regiona səfərini gözləyirik və bunu müzakirə edəcəyik". Nazir Serbiyada ATƏT-in Nazirləri Şurasının iclasında Azərbaycanın da iştirak edəcəyini təsdiqləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00