“Nazirlik AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin Qurultayını legitim sayacaq”

Mehman Muradlı: “Cәmiyyәtә mesajlarımızı verdik. Bizi ittiham edәnlәrә, bizi müdafiә edәnlәrә dә sözümüzü çatdırdıq”

"Qurultayı keçirdik, çox uğurlu oldu, qarşımızda qoyduğumuz mәsәlәyә nail olduq". AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin üzvü Mehman Muradlı narazı cəbhəçilərin oktyabrın 18-də keçirilmiş Qurultayı barədə "Olaylar"a danışarkən belə deyib. M. Muradlının sözlərinə görə, Qurultayda nizamnamәyә dәyişiklik edilib: "Partiyanın sәdri iki dәfәdәn çox müddәtә sәdr ola bilmәz. Bunun özü böyük nailiyyәtdi. Daha bir yenilikAvropaya inteqrasiya bәndini nizamnamәyә әlavә edilmәsi dә uğurlarımızdandır. Qurultayın nәticәlәri ilә bağlı sәnәdlәri hazırlayıb Ədliyyә Nazirliyinә tәqdim edәcəyik. Hesab edirәm ki, çәtin olsa da nazirlik bizim qurultayı legitim sayacaq. Cәmiyyәtә mesajlarımızı verdik. Bizi ittiham edәnlәrә, bizi müdafiә edәnlәrә dә sözümüzü çatdırdıq. Hesab edirәm ki, cәmiyyәtdә tutduğumuz mövqeyi daha da möhkәmlәndirәcəyik". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00