İlk dəfə səs verəcək gənclər maarifləndirilir
20 Oktyabr 2015 12:52 SiyasətPrezident İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının Tədbirlər Planının müvafiq yarımbəndinin icrasını təmin etmək məqsədilə ilk dəfə səsverən gənclər arasında maarifləndirmə tədbrilərinin təşkili davam edir. Belə ki, gənclərin seçkilərdə daha da fəal olmalarını təmin etmək məqsədilə, Gənclər və İdman Nazirliyinin yerli idarələri tərəfindən "Sənin səsin - sənin gələcəyin" devizi altında müxtəlif tədbirlər keçirilib. GİN-dən "OLAYLAR"-a bildirilib ki, oktyabrın 13-dən 19-dək Qəbələ, Zəngilan, Ağdam, Yevlax, Bərdə, Ağstafa, Şuşa, Oğuz, Lerik, Xocavənd, Qazax, Sabunçu və Yasamal rayonlarında tədbirlər keçirilib. Ümumilikdə bu tədbirlərdə ilk dəfə səsverəcək 1369 gənc iştirak edib. Tədbirlədə gənclərə seçki hüququndan düzgün istifadə etmə qaydaları, səsvermə günü şəxsin necə səsverməsi, ümumilikdə seçkinin əhəmiyyəti, ölkənin iqtisadi-siyasi mənzərəsi, gənclərin inkişafı üçün mövcud olan imkanlar və s. digər maraq kəsb edən mövzularda gənclər ətraflı məlumatlar verilib. Bundan başqa seçki simulyasiyaları və rol oyunları vasitəsilə seçkinin keçirilməsi gənclərə nümayiş olunub.