Ləman Süleymanova Şamaxıda seçicilərlə görüş keçirdi
20 Oktyabr 2015 12:50 Siyasət2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 85 saylı Şamaxı seçki dairəsi üzrə deputatlığa qeydə alınmış Ləman Süleymanovanın seçkiqabağı təbliğat-təşviqat kompaniyası davam edir. 85 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən həkim-dietoloq Ləman Süleymanovanın seçicilərlə növbəti görüşü baş tutub. Tədbirdə çıxış edən L. Süleymanova hər zaman öz vədlərinə saqid qaldığını, öz ölkəsi və xalqı üçün daim əzmlə çalışdığını vurğulayıb, insanların sağlam olması üçün əlindən gələni əsirgəmədiyini bildirdi. O, əhalinin səsinə səs vermək , problemlərindən qurtarmaq üçün doğru-düzgün yol göstərib, müraciətlər əsasında lazımi orqanlara məlumatı çatdıracağına, insanların rifahı naminə xeyirxah işlər görüləcəyinə və bu problemləri gündəmdə qabardacağına söz verdi. Yekunda namizəd Ləman Süleymanova görüşünə gəlmiş bütün seçicilərə öz dərin təşəkkürünü bildirdi. ("OLAYLAR İA")