“Avropa İttifaqının quyruğu qapı arasında qalıb” – Politoloq
20 Oktyabr 2015 12:44 Siyasət"Avropa Birliyi Türkiyəni illərdir saymırdi, "üzvlük olmaz" deyirdi. İndi ki, quyruğu qapı arxasında qalıb - qaçqın axını ilə üzləşib, Ankaraya yalvarırlar". Belə bir fikirlə politoloq Elxan Şahinoğlu çıxış edib. "Almaniya kansleri Angela Merkel Ankaraya gələrək deyib ki, təki Türkiyə suriyalı qaçqınları Avropaya buraxmasın, əvəzində Türkiyəni Avropa Birliyinə üzvlük məsələsini sürətləndirəcəyik. Blefdir, növbəti yalandır. Merkel və digərləri sözlərinin üstlərində durmayacaqlar. Ancaq Türkiyənin də artıq əli güclənib, qaçqınları sərbəst buraxmaqla Avropanı daima təzyiq altında saxlayacaq", - deyə E. Şahinoğlu qeyd edib. ("OLAYLAR İA")
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00