Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, 7 saylı Ordubad-Culfa Seçki dairəsindən deputatlığa namizəd Qüdrət Həsənquliyev bu gündən etibarən seçicilərlə görüşlərə başlayıb. APA-nın xəbərinə görə, deputatlığa namizədin ilk görüşü Culfa rayonunda keçirilib. BAXCP sədri seçicilərə parlamentdəki fəaliyyətindən söhbət açıb və onların suallarını cavablandırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00