MSK İsgəndər Həmidovun şikayəti ilə bağlı qərar qəbul edib
16 Oktyabr 2015 14:10 SiyasətMərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında noyabrın 1-nə Milli Məclisə təyin edilmiş seçkilərdə namizədliyi 123 saylı Kəlbəcər Seçki Dairəsindən qeydə alınmış İsgəndər Həmidovun şikayətinə baxılıb. İ.Həmidov təşviqat kampaniyası aparmaqda ona maneçiliyin törədilməsindən şikayət edib. MSK onun şikayətini baxılması üçün müvafiq seçki dairəsinə göndərmək barədə qərar qəbul edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00