Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib
15 Oktyabr 2015 18:41 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Qazaxıstan Respublikasının Akmola vilayətinin Burabay qəsəbəsində keçiriləcək iclasında iştirak etmək üçün oktyabrın 15-də bu ölkəyə işgüzar səfərə gəlib. Azərbaycanın və Qazaxıstanın dövlət bayraqlarının dalğalandığı Kokşetau şəhərinin hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Dövlətimizin başçısını yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00