AMİP sədrliyi Arzuxan Əlizadəyə keçdi

Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının növbəti iclası keçirilib. Partiyadan "OLAYLAR"-a bildirilib ki, iclasda AMİP sədri Yusif Bağırzadənin istefa ərizəsinə baxılıb, həmçinin 1 noyabrda Milli Məclisə keçiriləcək seçkilərin təbliğat-təşviqat mərhələsi və cari məsələlər müzakirəyə çıxarılıb. Siyasi Şura Y. Bağırzadənin istefa ərizəsini qəbul edib və AMİP Nizamnaməsinin 64-cü maddəsinə uyğun olaraq sədrin səlahiyyətləri növbəti Qurultaya qədər AMİP Baş Katibi Arzuxan Əlizadəyə keçib.

AMİP Siyasi Şurası Türkiyədə çoxsaylı insan tələfatı ilə nəticələnən terror aktını qətiyyətlə pisəyib, qardaş Türkiyə xalqına və dövlətinə başsağlığı verməklə Azərbaycan xalqının hər zaman Türkiyənin yanında olacağını bir daha bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00