Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı üzrə tələbi pozanlar cərimələnəcək
15 Oktyabr 2015 18:01 SiyasətAzərbaycanda kitabxana sahəsi ilə bağlı korrupsiya faktına görə yeni cəzalar tətbiq olunur. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 192-1 maddəsi əlavə olunur. Maddəyə görə, kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı üzrə tələblərin pozulmasına görə, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 500 manat cərimə olunacaqlar. Layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00