“Seçkilərdə qadın namizədlərə dəstək olaq” mövzusunda tədbir keçirilib
15 Oktyabr 2015 17:39 SiyasətYeni Azərbaycan Partiyasının Qadınlar Şurası "Seçkilərdə qadın namizədlərə dəstək olaq" mövzusunda tədbir keçirib. Partiyadan "OLAYLAR"-a daxil olan məlumata görə, tədbirdə YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva bildirib ki, YAP digər partiyalardan fərqli olaraq xalqın mənəvi gücünü səfərbər etməklə , millətin mənəvi potensialını üzə çıxarmaqla öz məramına , məqsədinə nail olub. Onun sözlərinə görə, partiyamız həmişə xalqın mövqeyindən çıxış edib, fəaliyyətində milli maraqları üstün tutub, Bildirib ki, seçkilərin təbliğat mərhələsində ölkə ərazisində "Qadın namizədlərə dəstək aksiyası" keçirəciyik: "Namizədliyi ilk dəfə təqdim olunan qadınlarımızın platformasını dinləyəcək, onların cəmiyyətdə uğurlu fəaliyyəti haqqında fikirlərimizi qadınlarımızla bölüşəcəyik. Namizədlərimizi gəncliyə tanıtmaq, gənc qızlarımızın fəallığını artırmaq, qadınlarımızın seçkilərdə fəallığına nail olmaq əsas məqsədimizdir"
Tədbirdə çıxış edən 27 saylı Sabunçu ikinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Dilarə Cəbrayılova və 30 saylı Suraxanı birinci seçki dairəsindən deputatlığa namizəd Sevinc Fətəliyeva və başqaları çıxış edərək seçkilərdə qadınların fəallığı ilə bağlı fikirlərini bildiriblər.