Bakıya qarşı buynuzlu, çəhrayı, lesbiyan "düşmən"

"Allahım, mənə ləyaqətli, namuslu, qeyrətli düşmən qismət et". Kürdlərin qədim atalar sözlərindən birində böyük hikmət var. Düşmən ləyaqətli olanda onunla mübarizə aparmaq, vuruşmaq da asan olur. Amma düşmən şərəfsiz, mənəviyyat və izzətin nə olduğunu bilməyən, yazılı qanunları saya salmayan, yazılmamış qanunları isə ümumiyyətlə eyninə almayan məxluqlar toplusunun idarəçiliyindədirsə, şərəfsizləri özünə rəhbər seçirsə - vəziyyət qəlizləşir. Azərbaycanın da düşməni işğalçı Ermənistan və bu dövlətə hər şəraitdə, hər şərtlərlə dəstək verən erməni diasporudur. Düşmənimiz fəaliyyətində absurdların sayını artırır. Belə absurdların, ABŞ və Avropanın siyasətçiləri ilə məmurlarının başa düşməyə çalışsalar da, anlaya bilmədikləri məqamlardan biri Birləşmiş Ştatlardakı erməni diasporunun tələbləri, onların həmin tələblərinə dəstək verən struktrurların seçimidir.

ABŞ-ın Çikaqo şəhərindəki (İllinoys ştatı)  Şimal-Qərb Universitetinin Hüquq Məktəbinin professoru, konstitusion və beynəlxalq hüquq üzrə tanınmış ekspert, ərəb-İsrail münaqişəsi üzrə təhlillərin müəllifi Yevgeni Kantoroviç də ermənilərin məkri ilə yanaşı, Birləşmiş Ştatlardakı erməni diasporunun sarsaq seçimlərinə və şizofrenik tələblərinə heyrətlənir.

O, nüfuzlu "The Washington Post" qəzetində dərc etdirdiyi "Notable Israel boycott activist also leads pro-settler, pro-occupation group" ("Tanınmış İsrail boykot fəalı işğalçıların yerləşmə qruplarını dəstəkləyir) məqaləsində erməni diasporu ilə marginal qruplar arasındakı əlaqələrdən bəhs edib.
İordan çayının qərb sahilində yəhudi qəsəbələrinin salınmasına və tikilməsinə qarşı çıxan "fəallar", sən demə, Dağlıq Qarabağda erməni işğalçılarının yerləşdirilməsini dəstəkləyirlər.
Məqalədə məşhur, ifrat sol-radikal "Code Pink" qeyri-hökumət təşkilatından bəhs olunur.
Bu təşkilatın əsas məqsədlərindən və fəaliyyət istiqamətlərindən biri ABŞ-da, habelə dünyanın müxtəlif ölkələrində İsrail əleyhinə yürüşlər, mitinqlər, aksiyaların keçirilməsi, habelə ölkələrin İsraili boykot etməyə çağırmasıdır.
"Pink Code"un aksiyalarından biri "İordan çayının qərb sahilində yəhudi qəsəbələrinin inşasını dəstəklədiyi üçün" məşhur "Ahava" şirkətinin istehsal etdiyi kosmetik məhsulların boykotuna çağırışdır.

"Maraqlı odur ki, "Pink Code"un bu kampaniyasının təşəbbüskarı, təşkilat  mənsublarını "ruhlandıran" adam erməni Nensi Kirkoryandır. Xanım Kirkoryan Azərbaycanı ərazisi olan Dağlıq Qarabağda ermənilərin yerləşdirilməsi prosesinə maliyyə yardımları göstərən xeyriyyə təşkilatının rəhbəridir", - Y.Kontoroviç yazır.

Erməni Kirkoryanın yəhudi qəsəbələrinə qarşı çıxaraq Qarabağda "erməni qəsəbələri"ni dəstəkləməsini "Kohelet Siyasi Forumu" (Kohelet Policy Forum) apardığı araşdırmalarla sübut edib.
"Görəsən, İsrailə qarşı çıxan və İsrailə düşmən kəsilən "Code Pink", " Electronic Intifada" və başqa bu kimi təşkilatlar Kirkoryanın maskası yırtılandan sonra onunla əlaqələri kəsəcəklərmi? Kimsə bunu soruşmalıdır",  - Y.Kontoroviç yazır.

Nensi Kirkoryan ABŞ və Fransadakı erməni diasporunun təşkilatı kimi təqdim edilən, əslində isə Erməni İnqilabi Federasiyası-Daşnaksutyunun strukturu olan "The Armenia Tree Project"in idarə heyətinin üzvüdür. Bu təşkilat isə erməni işğalında olan Dağlıq Qarabağa və ətraf rayonlara dünyanın müxtəlif ölkələrindən erməni köçkünlərin çağırılması, yerləşdirilməsi ilə məşğul olur.

"Dağlıq Qarabağ Azərbaycan ərazisidir və 1990-cı illərin əvvəllərində başlanmış savaş, əslindəsə Azərbaycana qarşı terror və ekstremizm fəaliyyəti nəticəsində erməni işğalına keçib. Bunun nəticəsində yüz minlərlə azərbaycanlı Dağlıq Qarabağı və erməni işğalındakı ərazilərii tərk edib. Ermənistan illərdir ki, həmin ərazilərə erməniləri yerləşdirməyə çalışır. "The Armenia Tree Project"in də qarabağlı ermənilərlə Ermənistanın qanunsuz niyyətlərini dəstəkləməsi təəccüblü deyil. Ermənistanda və erməni diasporunda "sülhməramlı" təşkilatlar arasında biri də yox ki, Dağlıq Qarabağın erməni işğalını dəstəkləməsin. Ermənilər üçün "The Armenia Tree Project" önəmlidir. Amma "Pink Code" İsraildən fərqli olaraq, Ermənistanı boykota çağırmır", - Kontoroviç yazır.

"Pink Code"un və ermənilərin davranışı ikiüzlülük, yalandır.
Kirkoryan BMT-nin işğal olunmuş saydığı və bəyan etdiyi Dağlıq Qarabağdakı işğalçılığı dəstəkləyir, amma elə həmin BMT-nin işğal ərazisi saydığı İordan çayının qərb sahilindəki olayları qətiyyətlə pisləyir.

Kontoroviç daha sonra ermənilərlə aşkar "düşmən" olmamaq üçün Dağlıq Qarabağdakı ermənilərin burada "tarixi sakinlər" olduğunu da vurğulayaraq özünü daha təhlükəsiz mövqeyə çəkmək istəyir.

Yəni "A" deyən Y.Kontoroviç "B" deməkdən çəkinir.
Beləcə o, "Pink Code"un rəhbərliyindəki 6 qadından 4-nün lesbiyan olduğunu, təşkilatın aksiya və piketlərinin tam əksəriyyətində "Follow Me" ("Arxamca gəl") qışqıran lider qadınların buynuzlu dəbilqədə olduqlarını "xatırlamaq istəmir".
Buynulzu dəbilqə pis nəsnə deyil: dünya tarixi göstərir ki, qədimlərdə bir çox xalqlarda döyüşçülər dəbilqələrini buynuzlarla bəzəyib, bunu qorxmazlıq və cəsarət rəmzi sayıb.

Di gəl, çəhrayı paltarlı qadının buynuzlu dəbilqədə olması Qərbdə indi lesbiyanlıq simvoludur.
Bunusa Yevgeni Kontoroviç mütləq ki, bilir...

Orxan Hun
Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00