Elin Suleymanov-Azərbaycanın ABŞ-dakı səfiri 

Səfirin bu açıqlaması Rusiyanın Xəzər dənizindən Suriya ərazisini bombalaması ilə bağlı Azərbaycan tərəfinin ilk rəsmi açıqlamasıdır. Çünki indiyədək Rəsmi Bakı bununla bağlı heç bir münasibət bildirməyib. Oktyabrın 7-də Rusiya Suriya ərazisini Xəzər dənizindən bombaladığı barədə rəsmi açıqlama verib.

Bu barədə Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşündə deyib: "İŞİD-in mövqelərinə Rusiya Federasiyası hərbi gəmilərinin Xəzər dənizi akvatoriyasından endirdiyi zərbələr yüksək səviyyədə dəqiq silahlardan istifadə olunmaqla həyata keçirilib və bütün hədəflər məhv edilib", - prezident bildirib. Şoyqu bildirib ki, oktyabrın 7-də də Rusiya qırıcıları Suriya ərazisini Xəzər dənizindən bombalayıb: "Silahlılara zərbələr endirmək üçün təyyarələrdən başqa, bu səhər Xəzər donanmasının gəmilərindən də istifadə olunub. 4 raket gəmisi 11 hədəfə 26 qanadlı raket zərbəsi endirib", - Şoyqu Putinlə görüşdə bildirib.


Rusiya prezidenti Vladimir Putinin müdafiə naziri Sergey Şoyqu ilə görüşü

Rusiya bu açıqlama ilə birlirkədə Xəzərdən atılan raketlərin hərəkət istiqamətinidə yaydı. Amma videogörüntülərdə atılan raketlərin Azərbaycan ərazisindən kənar keçdiyi görəsənir.

Amma bir müddət əvvəl rus və Qərb mətbuatında Suriyaya endirilən zərbələrin Xəzər dənizinin Azərbaycan sektorundan endirildiyi yazılırdı. Rusiya qırıcılarının uçuş marşrutunun Azərbaycan, Xəzər dənizi, İran və İraq üzərindən keçdiyi göstərilir.  Ümumikdə isə qonşu dövlətlər Xəzər dənizindən hərbi əməliyyatlar üçün istifadə etməməsinə dair razılıq əldə edilib. Amma bu razılığa əhəmiyyət verməyən Rusiya Suriya ərazisini Xəzər dənizindən bombaladığını açıq-aşkar bəyan etdi. 


Rusiyanın Xəzərdən atdığı raketlərin hərəkət trayektoriya (yaşıl və qırmızı xətlərlə işarələnib)

Qonşu ölkə bu addımları ilə Qərbə yaxınlaşan İrana və hərbi gücünü hər il daha da artıran Azərbaycana təsir göstərməyə çalışır. Digər tərəfdən isə Rusiya İŞİD-ə qarşı mübarizə aparmaqla terror təşkilatının diqqətini onunla mübarizədə adı hallanan dövlətlərə yönəldə bilər.  Rusiyanın Suriyanı Xəzər dənizindən bombalaması dünya dövlətləri tərəfindən sakit qarşılandı. Amma Suriya ərazisini bombalaması dünyanın hərbi və siyasi təskilatları tərəfindən kəskin tənqid edilir. Bütün tənqidlərə və xəbərdarlıqlara baxmayaraq, Rusiya Suriya ərazisini günlərdir ki, bombalayır.