İlk dəfə səs verəcək gənclər maarifləndirilir
14 Oktyabr 2015 12:48 SiyasətSeçkilərdə ilk dəfə səsverən gənclər arasında maarifləndirmə işinin aparılması, həmçinin gənclərin seçkilərdə fəallığının təmin edilməsi məqsədilə Gənclər və İdman Nazirliyinin təlimatına uyğun olaraq rayon və şəhər gənclər və idman idarələri tərəfindən "Sənin səsin - sənin gələcəyin" devizi altında müxtəlif tədbirlər keçirilib. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, toplantı, dəyirmi masa, görüş, təlim, seminar, rol oyunları və s. formatda keçirilən tədbirlərdə gənclərə seçki hüququndan düzgün istifadə etmə qaydaları, səsvermə günü şəxsin necə səsverməsi, ümumilikdə seçkinin əhəmiyyəti, ölkənin iqtisadi-siyasi mənzərəsi, gənclərin inkişafı üçün mövcud olan imkanlar və s. digər maraq kəsb edən mövzular haqda məlumatlar verilib. Tədbirlərdə rayon, şəhər Gənclər və İdman İdarələrinin rəisləri, Dairə Seçki Komissiyalarının məsul əməkdaşları, müxtəlif sahələrdə uğur qazanmış gənclər, Ağsaqqalar Şurasının rayon şəhər şöbələrinin nümayəndələri, ziyallılar və gəclər təşkilatlarının nümayənədəri qonaq qismində iştirak ediblər. Sentyabrın 18-dən oktyabrın 13-dək Şəmkir, Şirvan şəhərlərində, Masallı, İsmayıllı, Qobustan, Astara, Samux, Balakən, Neftçala, Goranboy, Xızı, Füzuli, Yardımlı, Zərdab, Agcabədi, Qubadlı, Samux, Saatlı, Ağsu, Bakının Nizami, Nərimanov və Xəzər rayonlarında tədbirlər keçirilib və bu tədbirlərdə ilk dəfə səsverəcək 1643 gəncin iştirakı təmin edilib.