İlham Əliyev iyulun 13-də keçirdiyi müşavirə zamanı çıxış edərkən


Məhz həmin iclasda prezident aviabiletlərin baha olmasından danışıb. O, Birinci Avropa Oyunlarından sonra Azərbaycana turist axınının daha da sürətləndiyini əsas gətirərək turistlərə vizaların verilməsinin sadələşdirilməsini, aviabiletlərin və hotellərin qiymətlərinin aşağı salınmasının vacib oduğunu deyib.

"Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır? AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün?" - deyən prezident Maliyyə Nazirliyinə, İqtisadiyyat və Sənaye Nazirliyinə bu məsələ ilə məşğul olmalarını tapşırıb.