Baş redaktor namizədliyini geri götürdü
12 Oktyabr 2015 15:49 Siyasət"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli noyabrın 1-də keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyini geri götürüb. Bununla bağlı "facebook" hesabında məlumat verən baş redaktor onun deputat olmasını arzu edən hər kəsə təşəkkürlərini bildirib: "İstər indi, istərsə də bundan sonra keçiriləcək seçkilərdə hər hansı bir statusla iştirak etməyi düşünmürəm. Yola davam edən dəyərli dostlarıma fərd olaraq bacardığım dəstəyi verəcəyəm. Qərarımın doğru olduğuna qətiyyən şübhə etmirəm". Trend-ə danışan E.Mirzəbəyli faktı bir daha təsdiq edib və seçkilərə qatılan namizədlərə uğurlar arzulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00