Erməni xisləti, yoxsa Azərbaycan sevgisi?

Azərbaycanlılar öz yurdlarını ziyarət edə bilmir, erməni isə Bakıda nərd oynayır

"Mən və ailə üzvlərim Azərbaycanda özümüzü gözəl hiss edirik. Gözəl insanlar, gözəl şəhər, bizə münasibət normaldır və hətta burada yeni dostlarım var. Niyə Azərbaycana gəldim? Çünki mənə qarşı təqib başlandı, cinayət işi qaldırıldı və s. Bu, Serj Sarkisyana yaxın olanlardan biri, deputat Mqer Sedrakyanla kiçik münaqişəm yaranandan sonra baş verdi. Onunla barışığa getmədikdən sonra onlar həmişəki sxemə uyğun olaraq mənə qarşı saxta cinayət işi qaldırdılar, həbs cəhdləri oldu". Bu sətirlər Azərbaycandan siyasi sığınacaq təpmış Ermənistanın "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Martirosyanın müsahibəsindəndir. Ancaq etiraf edilməlidir ki, bu sözlər hər bir Azərbaycan vətəndaşı, o cümlədən öz dədə-baba yurdlarından didərgin düşərək illərlə doğma torpaqlarına həsrət qalan soydaşlarınmız üçün olduqca ağrılıdır. Hələ şəhid və itkin düşənlərin ailələrini, gizlincə öz doğmalarının qəbrini ziyarət etməyə gedərkən girov götürülərək həbs edilən Dilqəm Əhmədov, Şahbaz Quliyevin yaxınlarının qəlbini necə sızlatdığını təsəvvür etmək elə də çətin deyil. Təzada baxın, Azərbaycan vətəndaşı öz doğma torpaqlarında yaxınlarının qəbrinin ziyarətinə həsrət qaldığı halda, adi bir erməni gəlib paytaxtımızın küçələrini rahatca gəzir, kütləvi informasiya vasitələrinə palaz-palaz müsahibələr verir, gecələr səhərə qədər yeni tapdığı dostlarla nərd oynayıb bulvarda gəzir. Kim bilir, bəlkə qızlarla selfi də çəkdirib lazımı yerlərə göndərərək məhşur filmdə deyildiyi kimi "qəbrimizi, əcdadımızı da söyür". Düzdür, etiraf edilməlidir ki, Vaan Martirosyanın sifət cizgilərində erməni antropologiyasına aid elə bir əlamət yoxdur, daha çox müsəlman insanına oxşarı var. Ola bilər ki, bu onun yaxın qohumlarının keçmiş xətası olsun ki, Azərbaycan kişisi ilə qarışıqdan törəsin. Ancaq fakt ondan ibarətdir ki, bu insan telekanallarda bar-bar bağıraraq erməni olduğunu etiraf edir. Elə bu təqdimata görə də onun üz cizgilərinin istənilən sadə azərbaycanlının yaddaşında həkk olunması şübhə doğurmur. Maraqlısı odur ki, belə halda erməni Vaan Martirosyan hansı cəsarətlə Bakının küçələrində sərbəst gəzərək telekanallara müsahibə verir? Bəlkə elə onu yeni tapdığı dostları himayə edir? Əks halda ən azından ermənilərin nə qədər qorxaq bir millət olduğunun hamımız şahidi olmuşuq. Elə söhbətimizi bu dostluq məsələsi ətrafında davam etdirsək yerinə düşər. Əvvəlcə onu qeyd edək ki, öz ölkəsindən qaçaraq Azərbaycana sığınmış erməninin küçələrdə belə sərbəst hərəkəti ilk növbədə ölkəmizin nə qədər humanist, tolerant, insanpərvər bir dövlət olduğunun təzahürüdür. Yəni, Azərbaycan elə tolerant ölkə nümunəsidir ki, Ermənistandan fərqli olaraq burada dilindən, dinindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq hər kəs sərbəst şəkildə hərəkət edə bilər. Qeyd edək ki, Vaan Martirosyan Azərbaycan vətəndaşlarının mənsub olduğu bütün hüquqlardan bərabər şəkildə istifadə edə bilir. Bu Azərbaycanın beynəlmiləl bir dövlət olmasının göstəricisi kimi qəbul edilə bilər. Ancaq yaddan çıxarmaq olmaz ki, Vaan Martirosyan ermənidir və damarlarından erməni qanı axır. Bu isə heç bir halda ona erməni xislətindən xilas olmağa imkan verə bilməz. Tarix boyu dəfələrlə şahidi olmuşuq ki, ermənilər evlərimizə soxularaq özlərini etibarlı nökər göstərməklə, özlərini dost, kirvə kimi təqdim etməklə arxamızdan sağalmaz zərbələr vurublar. Ən inandığımız, ailələrimizi belə etibar etdiyimiz ermənilərin sonda erməni xüsusi xidmət orqanının üzvü olduğu bəlli olub. Belə halda kim təminat verə bilər ki, Vaan Martirosyan erməni xüsusi kəşfiyyat orqanlarına işləmir, Azərbaycandan üçüncü bir ölkəyə lazımi donoslar göndərmir? Axı onun Bakıda sərbəst həyat tərzi var. Üstəlik də etibarlı dostları. Yeri gəlmişkən, maraqlı məsələlərdən biri də odur ki, bu erməninin dostları kim ola bilər. Məntiq deməyə əsas verir ki, onun etibarlı dostları ya Bakıda yaşayan otuz minə yaxın ermənilərdəndir, ya da ki, erməni qarışığından olanlardan. Lap elə üçüncü ölkənin xüsusi xidmət orqanlarının təmsilçiləri də ola bilər. Belə halda Vaan Martirosyana nə dərəcədə etibar etmək olar? Sual olunur, niyə erməni hüquq müdafiəçisi demokraik təsisatların daha çox inkişaf etdiyi, demokratiyanın beşiyi iddia edilən Avropa ölkələrindən birini seçmədi? Axı necə olsa o da hüquq müdafiəçisidir, öz ölkəsini demokratik baxımdan daha çox inkişaf etmiş görmək istəyir. Bəs bunun üçün niyə Avropa dəyərlərindən bəhrələnməyə üstünlük vermədi? Avropaya daha rahat çıxışı olan Gürcüstanı yox, məhz Azərbaycanı seçdi? Niyə Vaan Martirosyan üçüncü ölkəyə getmək barədə belə düşünmür? Bəlkə Azərbaycanda mümkün qədər vaxt, yaxud etibar qazanmaq istəyir? Fikir verin, Vaan Martirosyan sığınacaq üçün məhz Azərbaycanı seçdiyini necə saxta istinadlarla əsaslandırır: "Əvvəlcə Gürcüstana getdim. Gözəl başa düşürdüm ki, sahib olduğum ictimai-siyasi fəaliyyət "baqaj"ı ilə Avropanın istənilən ölkəsinə gedə və oradan siyasi sığınacaq istəyə bilərəm. Lakin mən bunu məhz qaçış kimi qiymətləndirərdim, çünki heç bir Avropa ölkəsi cinayətkar Sarkisyan rejimi barədə bütün həqiqətləri dünyaya, erməni diasporuna və Avropaya çatdırmaqda maraqlı deyildi. Maksimum hər hansı qəzetdə bir və ya iki məqalə dərc edilərdi, vəssalam.Bununla yanaşı, gözəl başa düşürdüm ki, heç kəs Azərbaycan mətbuatı kimi bu barədə bütün dünyaya belə səviyyədə təqdim etməkdə maraqlı deyil". Belə məlum olur ki, erməni hüquq müdafiəçisi üçün həyatını riskə ataraq müharibə şəraitində yaşadığı Azərbaycana gəlmək daha üstündür, nəinki Sarkisyan rejimi barədə məlumat yaymaqda qısqanclıq edəcəyi fərz olunan Gürcüstanı seçmək. Baxmayaraq ki, hələ məlum deyildi ki, Azərbaycanda onu necə qəbul edəcəklər. Hələ verilə biləcək neçə-neçə suallar var. Ancaq onların hamısının bir məqsədi var, erməni xislətinə etibar etmək olarmı? Bütün halda yadda saxlamaq lazımdır ki, ataların belə bir deyimi var"itlə dostluq et, amma çomağı yerə qoyma".

Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00