Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi işdən çıxıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nurəddin Heydərov işdən çıxıb. Bu barədə APA-ya N. Heydərov özü məlumat verib. N. Heydərovun sözlərinə görə, o öz ərizəsi ilə tutduğu vəzifədən gedib. Onun yerinə isə hələlik təyinat yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00