Səudiyyədən bəyanat

Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi Türkiyə Respublikasının paytaxtı Ankarada baş vermiş dəhşətli terror aktını pisləyən bəyanatla çıxış etmişdir. Bəyanatda deyilir: "Səudiyyə Ərəbistanı Krallığı qardaş Türkiyə Respublikası ilə həmrəyliyini vurğulayır, forma və mənbəyindən asılı olmayaraq bütün növ terrorla mübarizədə onun yanında olduğunu bildirir. Nazirlik Krallıq hökuməti və xalqı adından həlak olanların ailələrinə, həmçinin qardaş Türkiyə Respublikası hökuməti və xalqına başsağlığı verib, yaralılara tezliklə şəfa diləyir".  Bundan əlavə İki Müqəddəs Məscidin Xadimi Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək ona başsağlığı verib və terrorizmlə mübarizədə ölkəsinin qardaş Türkiyə Respublikası ilə həmrəy olduğunu bir daha vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00