Minsk qrupunun hәmsәdrlәri ayın sonunadək regiona sәfәr etmәyi planlaşdırırlar
Ceyms Uorlik: “İnanırıq ki, bu, münaqişәnin sona çatması üçün vacib addımdır"
12 Oktyabr 2015 12:16 SiyasətATӘT-in Minsk qrupunun hәmsәdrlәri bu ayın sonunadək regiona sәfәr etmәyi, Azərbaycan və Ermənistan prezidentlәri ilә danışıqlar aparmağı planlaşdırırlar.Bu barәdә APA-ya Minsk qrupunun amerikalı hәmsәdri Ceyms Uorlik məlumat verib. O bildirib ki, harada vә nә zaman görüşәcәklәri iki ölkәnin prezidentindәn asılıdır: "Bu, bizim müzakirәlәrin әsas mövzusu olacaq. Onlar danışıqların intensivlәşmәsinә razılıqlarını bildiriblәr. Biz inanırıq ki, bu, münaqişәnin sona çatması üçün sülh yolu ilә hәll istiqamәtindә vacib addımdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00