Məzahir Pənahov: "Bizi ciddi tədbir görməyə məcbur etməsinlər"

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclisə noyabrın 1-nə təyin edilmiş seçkilərdə təşviqat kampaniyasının aparılması ilə bağlı bir sıra tövsiyələr verilib. Trend-in məlumatına görə, iclasda MSK sədri Məzahir Pənahov qeydə alınmış namizədləri seçiqabağı təşviqat zamanı qanunun tələbinə əməl etməyə çağırıb. O bildirib ki, qanunazidd hərəkət edən namizədlər barəsində hüquqi tədbirlər görülə bilər: "Biz kimisə cəzalandırmağa çalışmırıq, əksinə, hamıya bərabər şərait yaratmaq istəyirik. Buna görə də hər kəsi qanunun tələblərinə əməl etməyə çağırırıq. Bizi məcbur etməsinlər ki, ciddi tədbir görək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00