Daha bir xanım deputatlığa namizəd oldu
9 Oktyabr 2015 18:05 SiyasətSamirə Mustafayevanın da namizədliyi qeydə alınıb. "Azad Həmfikirlər" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayevanın da namizədliyi qeydə alınıb. Bu barədə onun özü məlumat verib. Məlumatda bildirilir ki, O, 88 Saylı Göyçay seçki dairəsindən namizəd kimi MSK tərəfindən qeydə alınıb. Məlumatda həmçinin o da bildirilir ki, Samirə Mustafayevanın təbliğat kampaniyasının hazırlıq işləri artıq yekunlaşmaq üzrədir.
Qeyd edək ki, həmin dairədən YAP- ın namizədi Ləman Hacıyeva, "Azadlıq-2015" Blokunun namizədi isə Sakin Abdullabəylidir. 12 nəfərin namizəd kimi qeydə alındığı bu dairədən hazırki deputat Sabir Hacıyev də növbəti dəfə öz namizədliyini irəli sürüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31