QHT Şurasının layihəsi əsasında kitab çap edilib

Oktyabrın 15-də "Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək" layihəsi çərçivəsində nəzr olunan nəticələr, təkliflər, tövsiyələr adlı kitabının təqdimat mərasimi keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyindən daxil olub. Bildirilib ki, həmçinin tədbir zamanı layihə çərçivəsində təklif olunan İnkluziv turların və layihə nəticələrinə dair yekun hesabat da təqdim ediləcək. Qeyd edək ki, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 2015-ci ilin aprel-sentyabr aylarında "Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək" layihəsini həyata keçirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31