YAP-ın yeni saytı fəaliyyətə başladı

Yeni Azərbaycan Partiyasının Milli Məclisə seçkilərlə əlaqədar "www.yap.az" saytı fəaliyyətə başlayıb. "OLAYLAR"-ın partiyanın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, "Yeni hədəflərə doğru!" şüarı ilə təqdim edilən seçki saytında "Namizədlər", "Azərbaycan: 2005-20152, "10 uğurlu zirvə", "Yeni hədəflərə doğru 10 addım" və "Seçici siyahısı" " bölmələri yaradılıb. "Namizədlər" bölməsində Milli Məclisə seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş şəxslər haqqında məlumat verilir. "Azərbaycan: 2005-2015" bölməsində isə ölkəmizin son 10 ildə keçdiyi inkişaf yolu, qazanılan uğurlar, əldə edilən nailiyyətlər, "10 uğurlu zirvə" bölməsində də Azərbaycan dövlətinin hədəf seçdiyi 10 mühüm amil sadalanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00