Mirmahmud Mirəlioğlunun topladığı imzalar etibarsız çıxdı
8 Oktyabr 2015 23:41 SiyasətMərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında noyabrın 1-də Milli Məclisə təyin edilmiş seçkilərdə deputatlığa namizədliyini irəli sürmüş Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun müraciətinə baxılıb.M.Mirəlioğlu dairə seçki komissiyasının onun namizədliyini qeydə almaqdan imtina edən qərarı ilə bağlı şikayət edib.İclasda bildirilib ki, MSK-nın işçi qrupu şikayəti araşdırıb. Araşdırma zamanı məlum olub ki, təqdim edilmiş imzalardan 129-u etibarsızdır. Buna görə də Komissiya DSK-nın M.Mirəlioğlunun namizədliyinin qeydə alınmaması barədə qərarını qüvvədə saxlayıb ("Trend").
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00