Dövlət öz vətəndaşlarının sağlamlığına önəm verir

İlham Əliyev: “İnsanlar artıq bunu gündəlik həyatlarında hiss etməyə başlamışlar”

Azərbaycanın mərkəzi şəhərlərində olduğu kimi regionlarda da sürətli iqtisadi inkişaf müşahidə olunmaqdadır. Qətiyyətlə demək olar ki, həyata keçirilən social-iqtisadi layihələr nəticəsində artıq bir sıra bölgələrdə kəndlə rayon, rayonla şəhər arasında fərq araran qaldırılıb. İllərlə yolu, susu, qazı və digər infrastrukturu olmayan dağ kəndlərimiz indi bu kimi communal xidmətlərdən rahat şəkildə istifadə edə bilirlər. Eləcə də regionlarda açıqlan müasir təhsil, tibb mərkəzləri vətəndaşların savadlı və sağlam olmalarına xidmət edir. Sirr deyil ki, regionlarda belə xidmət sahələrinin açılması ölkəımizin iqtisadi qüdrətinin göstəricisidir. Məhz bi iqtisadi qüdrət nəticəsində regionlarda yeni açılan tibb mərkəzləri dünyada ən yüksək standartlara cavab verən avadanlıqla təmin olunub. Belə məlum olur ki, artıq Azərbaycanın regional mərkəzləri dünyanın inkişaf etmiş ölkələri ilə rəqabətə girmək şansını əldə edib. Bu həm də dövlətin öz vətəndaşlarının qayğısına qalmasının bariz təzahürüdür. Dövlət vətəndaşların savadlı və sağlam olmasını prioritet élan etdiyindən belə social layihələrin həyata keçirilməsində maraqlıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Göyçay Rayon Mərkəzi Xəstəxanasının binasında əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olarkən səsləndirdiyi fikirlər dediklərimizi bird aha təsdiq edir: "On il bundan əvvəl birinci regional inkişaf proqramı icra olunanda demişdim ki, hər bir şəhərdə ən müasir standartlara cavab verən xəstəxana, ya diaqnostika mərkəzi, tibb ocağı olmalıdır. İndi nəinki Bakıda, hər bir rayonda belə gözəl tibb mərkəzləri var. Demək olar, elə bir şəhər yoxdur ki, orada müasir tibb ocağı olmasın". Etiraf edilməlidir ki, regionlarda belə tibb mərkəzlərinin açılması həm yeni iş yerlərinin yaradılması, həm də peşəkar tibb personalının artması ilə nəticələnir. Artıq neçə-neçə çətin əməliyyatların, hətta orqan köçürmələrinin regionlarda həyata keçirilməsinin şahidi olmuşuq. Vətəndaşlar üçün də rahatlıq yaranır ki, artıq onlar müayinə və müalicə üçün paytaxta üz tutmurlar. Belliklə vətəndaşlar həm maddi, həm də mənəvi cəhətdən rahatlıq tapmış olurlar. Dövlət başçısının təbiri ilə desək, vətəndaşlar elə yaşadıqları yerdə şəva tapmış olacaqlar: "Mənə verilən məlumata görə, burada yüzlərlə tibb işçisi çalışır. Bu da iş yerləri deməkdir. Əminəm ki, xəstələrə gözəl xidmət göstəriləcək. Müalicə almaq üçün Bakıya getməyə ehtiyac qalmır. Əminəm ki, siz həkimlər xəstələrə yaxşı baxacaqsınız və onlar burada şəfa tapacaqlar. Xüsusilə doğum şöbəsi məni çox sevindirir. Çünki son vaxtlar bu sahəyə çox böyük diqqət göstərilir. Aparılan islahatlar nəticəsində Azərbaycanda uşaq ölümü kəskin şəkildə aşağı düşüb, ana ölümü də həmçinin. Ona görə müasir doğum evlərinin, doğum şöbələrinin yaradılması bu sahədə işimizi daha da qabağa aparacaq. Çünki hələ sovet dövründə Azərbaycanda uşaq ölümünün səviyyəsi digər respublikalarla müqayisədə yüksək idi. Biz isə son illər ərzində bu statistikanı kəskin şəkildə aşağı salmışıq. Növbəti illərdə biz inkişaf etmiş ölkələrin səviyyəsinə qalxmalıyıq. Çünki buna nail olmaq üçün bütün imkanlar var. İlk növbədə, səhiyyənin maddi-texniki bazası yaradılıb. Demək olar ki, sıfırdan yaradılıb, Bakıda və bütün bölgələrdə". Yeri gəlmişkən qeyd edək ki, respublikada yeni tibb ocaqlarının açılması bu sahədə təkmilləşmə ilə yanaşı hkimlərin peşəkarlığnın da artmasına səbəb olur. Daha dəqiq maddi-texniki bazanın yaradılması səhiyyənin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə şarait yaradır: "İnsan sağlamlığı sosial məsələlər arasında ən birinci yerdədir və bu gün Azərbaycanda bu sahədə gözəl nəticələr var. Ancaq insan sağlamlığı üçün təkcə tibbi xidmət kifayət etməz. Digər şərtlər də olmalıdır. O şərtlər də artıq var". Elə dərmanların qiymətlərinin tənzinlənməsi ilə bağlı hökumətin atdığı addım söylədiklərimizin əyani sübutu kimi qəbul edilə bilər. Məsələnin birbaşa dövlət başçısının nəzarəti altında olması bu sahədə əməlli-başlı dönüş yaradıb. Artıq hər bir vətəndaş öz həyatında görülən işlərin müsbət nəticələrini hiss etməkdədir: "Bildiyiniz kimi, son aylar ərzində görülmüş tədbirlər nəticəsində dərman preparatları bazarında da müsbətə doğru çox ciddi dönüş yaranmışdır. İnsanlar artıq bunu gündəlik həyatlarında hiss etməyə başlamışlar. Bəzi dərmanların qiymətləri bir neçə dəfə aşağı düşmüşdür. Eyni zamanda, keyfiyyətə də böyük diqqət göstərilir. Bu məsələ tədricən öz həllini tapır. Əminəm ki, ilin sonuna qədər əksər dərman preparatlarının qiymətləri aşağı düşəcək. Çünki dövlət bu sahəni öz nəzarətinə götürüb. Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və açıq bazar hər şeyi tənzimləyir, o cümlədən qiymətləri. Ancaq biz gördük ki, Azərbaycanda dərman preparatlarının qiyməti qonşu ölkələrlə müqayisədə yüksəkdir. Başladıq bu məsələni araşdırmağa, gördük ki, burada çox böyük boşluqlar var, həm qaydalarda, həm tənzimləmə mexanizmlərində. Ona görə indi dövlət bu missiyanı öz üzərinə götürüb. Bütün dərmanların qiyməti hər bir satış məntəqəsində eyni olacaq. Keyfiyyət də yüksək səviyyədə olacaq. Bu, çox ciddi sosial təşəbbüsdür. Eyni zamanda, insanların sağlamlığına, xüsusilə yaşlı nəslin sağlamlığına bunun bilavasitə böyük təsiri var".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00