Deputatımız NATO-nun sessiyasına qatılacaq

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev NATO Parlament Assambleyasının 61-ci illik sessiyasında iştirak etmək üçün oktyabrın 8-də Norveç Krallığına səfər edəcək. Bu barədə MM-dən verilən məlumata görə, Stavanger şəhərində keçiriləcək tədbirdə regional əməkdaşlığın genişləndirilməsi, dünyanın bir sıra bölgələrində yaranmış münaqişə ocaqlarının aradan qaldırılması yolları, terrorizmlə mübarizə və digər aktual məsələlər ətrafında müzakirələr aparılacaq. Deputatımız müzakirələrdə çıxış edərək, gündəlikdə duran məsələlər barədə öz fikirlərini səsləndirəcək. Səfər oktyabrın 12-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00