Deputat diplomatların müdafiəsinə qalxdı

Millət vəkili Asim Mollazadə diplomatların maddi durumunun yaxşılaşdırılması təklifi ilə çıxış edib. Deputat bildirib ki, "Diplomatik xidmət haqqında" qanuna görə rotasiya zamanı mərkəzi aparatda işləməli olan diplomatların maaşlarının artırılması vacibdir: "Bizim diplomatik korpusda bir neçə xarici dil bilən gənc, peşəkar diplomatlarımız fəaliyyət göstərir. Onlar rotasiya qaydasına uyğun olaraq, xaricdə diplomatik xidmət müddətləri başa çatandan sonra vətənə qayıtmalı və xidmətlərini mərkəzi aparatda davam etdirməlidirlər. Bu zaman onların maaşları diplomatik xidmət zamanı aldıqları maaşlara adekvat olmalıdır ki, öz maddi ehtiyaclarını təmin edə bilsinlər. Elə şərait yaratmaq lazımdır ki, illər ərzində yetişmiş bu savadlı, peşəkar insanlar vətənə qayıtsınlar və xidmət etsinlər. Hökumət bu istiqamətdə müvafiq addımlar atmalıdır."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00