Deputat:“Büdcədə elmə ayrılan vəsaitdən elmlər doktorları yararlana bilmirlər”

"Alimlərimizin, elm adamlarımızın elmi nəticələrinin istehsalata yönləndirilməsinə çalışmalıyıq". Bu fikri parlament komitələrinin 2016-cı ilin dövlət büdcəsi zərfinə həsr olunmuş növbəti iclası zamanı Milli Məclisin deputatı Abel Məhərrəmov dilə gətirib. A.Məhərərrəmov elmə ayrılan vəsaitdən elmlər doktorlarının böyük bir qisminin yararlana bilməməsindən şikayətlənib: "Azərbaycanda fəlsəfə doktorlarını-elmlər namizədlərini nəzərə almasaq, 1800 nəfər elm doktorları var. Onların 1200-ü ali məktəblərdə, qalan 600-ü isə Milli Elmlər Akademiyasında və digər elmi-tədqiqat institutlarında çalışırlar. Amma çox təəsssüflər olsun ki, büdcədə elmə ayrılan vəsaitdən ali məktəblərdə çalışan elmlər dokrorları yararlana bilmirlər. Yalnız Milli Elmlər Akademiyasında çalışanlar həmin vəsaitdən yararlana bilirlər. Bəs bu insanlar neyləsinlər? Ona görə hesab edirəm ki, büdcədə elmə ayrılan vəsaitdə bu məsələ dəqiq göstərilməli, həmin vəsaitdən ali məktəblərdə çalışan elmlər doktorlarının da yararlana bilməsi nəzərdə tutulmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00